...

Qarabağda Avtomobil Yolları Dövlət Agentliyinin balansına 2 661 km yol daxildir

İqtisadiyyat Materials 22 Fevral 2021 10:34 (UTC +04:00)
Qarabağda Avtomobil Yolları Dövlət Agentliyinin balansına 2 661 km yol daxildir

Bakı. Samir Əli - Trend:

Hazırda Qarabağ ərazisində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin balansına 2 661 km yol daxildir. İşğaldan azad edilmiş ərazilərdəki körpülərin sayı isə 90-dır.

Trend-in məlumatına görə, bu barədə qurumun yaydığı məlumatda bildirilir.

Dövlət Agentliyinin balansında ümumi istifadədə olan 17 543 km uzunluqda avtomobil yolu və 1 316 ədəd körpü var. Həmin avtomobil yollarının 4 385 km-i respublika, 13 158 km-i isə yerli əhəmiyyətlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti