...

Avqustun sonuna qədər "Zəfər yolu" istifadəyə veriləcək

İqtisadiyyat Materials 22 Fevral 2021 12:03 (UTC +04:00)
Avqustun sonuna qədər "Zəfər yolu" istifadəyə veriləcək

Bakı. Samir Əli - Trend:

Şuşaya aparan Bakı-Hacıqabul-Mincivan yolunun 101 kilometrlik hissəsinin torpaq yatağı tam hazırdır.

Trend-in məlumatına görə, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov qurum tərəfindən 2020-ci il ərzində yerinə yetirilmiş işlər və qarşıda duran vəzifələrə həsr olunmuş brifinqdə bildirib.

O, bildirib ki, yolun 61 kilometrlik hissəsi tam olaraq minadan təmizlənməyib: "Yol ikinci dərəcəli avtomobil yolu kimi çəkiləcək. İkitərəfli hərəkət zolağına malik yol 13 kilometr yol yatağından ibarət olacaq. Avqustun sonuna qədər "Zəfər yolu" istifadəyə veriləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti