...

Neftçalanın 14 kəndi içməli su ilə təmin edilir - "Azərsu"

İqtisadiyyat Materials 12 Aprel 2021 16:56 (UTC +04:00)
Neftçalanın 14 kəndi içməli su ilə təmin edilir - "Azərsu"

Bakı. Samir Əli - Trend:

"Azərsu" Açıq Səhmdar Cəmiyyəti Neftçala rayonunun bir hissəsinin içməli su ilə təmin edilməsi prosesini davam etdirir.

Qurumun Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, hazırda Neftçala rayonunun həmin hissəsinin içməli su ilə təminatı üçün su maşınları ayrılıb:

"Bildiyimiz kimi, Xəzər dənizinin suyu yenidən Kür çayına axmağa başlayıb. Nəticədə Neftçala rayonunun 14 kəndi işçəli sudan əziyyət çəkir. Ötən ilə qədər əraziyə Salyan rayonundan içməli su daşınırdı. Ötən il, Prezident İlham Əliyevin tapşırığına əsasən, Şirvan-Muğan Qrup su kəmərindən Neftçala rayonuna 40 kilometr uzunluğunda su kəməri çəkdik. Artıq bu gün Neftçala şəhəri həmin su kəmərindən qidalanır. Həmin 14 kəndə isə həmin kəmər üzərində quraşdırılan sudoldurucu qüllədən maşınlarla içməli su daşınır. Su maşınları vasitəsilə yaxın məsafədən içməli su həmin kəndlərdəki modul tipli sutmizləyici qurğuların su çənlərinə, su anbarlarına doldurulur, oradan isə əhaliyə verilir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti