...

Bu il Azərbaycan 96 ölkəyə məhsul ixrac edib

İqtisadiyyat Materials 12 İyun 2021 17:16 (UTC +04:00)
Bu il Azərbaycan 96 ölkəyə məhsul ixrac edib

Trend-i buradan izləyin

Bakı. Elçin Mehdiyev – Trend:

2021-ci ilin yanvar-aprel aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 164 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 96 ölkəyə məhsul ixrac olunub, 152 ölkədən idxal edilib.

Trend-in məlumatına görə, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2021-ci ilin yanvar-aprel aylarında ölkənin xarici ticarət dövriyyəsi 9 milyard 532,1 milyon ABŞ dolları təşkil edib.

Ticarət dövriyyəsinin 6 milyard 003,2 milyon dollarını və ya 63,0 faizini ölkədən ixrac olunmuş məhsulların, 3 milyard 528,9 milyon dollarını (37,0 faizini) isə idxal məhsullarının dəyəri təşkil edib, nəticədə 2 milyard 474,3 milyon dollar məbləğində müsbət saldo yaranıb. 2020-ci ilin yanvar-aprel ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 16,5 faiz artıb, real ifadədə isə 12,4 faiz, o cümlədən idxal 18,1 faiz, ixrac 8,3 faiz azalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti