...

"Real-Trend" layihəsinin növbəti buraxılışı yayımlanıb (VİDEO)

İqtisadiyyat Materials 23 İyun 2021 18:21 (UTC +04:00)
"Real-Trend" layihəsinin növbəti buraxılışı yayımlanıb (VİDEO)

Bakı. Trend:

Real TV və Trend İnformasiya Agentliyinin yeni birgə layihəsi olan "Real-Trend" verilişinin növbəti buraxılışı yayımlanıb.

Trend-in məlumatına görə, verlişin növbəti buraxılışında BMT-nin dayanıqlı inkişafa görə Azərbaycanı Cənubi Qafqazın lider ölkəsi hesab etməsi, Avropa İtiifaqının ölkəmizin uzunmüddətli enerji strategiyasını hazırlaması, İranla ölkəmiz arasında ticarət dövriyyəsinin bir neçə dəfə artacağı, yükdaşımalar istiqamətində gələcək perspektivlər, yeni tranzit imkanlarının şaxələndirilməsi, həmçinin Azərbaycanın tranzit habına çevrilməsi kimi məsələlər müzakirə edilib.

Verilişdə, həmçinin Bakı Limanına körfəz ölkələri və Hindistandan da yüklərin cəlb ediləcəyi, kiçik və orta biznesin inkişafı sahəsində Azərbaycanın böyük potensialı, sahibkarların təşviqi və maarifləndirilməsi, eləcə də digər məsələlərə də toxunulub.

Qeyd edək ki, layihə hər çərşənbə günü saat 15:30-da, təkrarı 22:30-da Real TV-nin efirində yayımlanır. "Real-Trend" verlişində həftənin ən aktual iqtisadi xəbərləri müzakirə edilir. Həm Real TV, həm də Trend İnformasiya Agentliyinin studiyasına dəvət edilən qonaqlar Azərbaycanın qarşısında duran çağrışları müzakirə edirlər.

Buraxılışı təqdim edirik:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti