...

Real-Trend həftəlik iqtisadi layihəsinin növbəti buraxılışı yayımlanıb (VİDEO)

İqtisadiyyat Materials 6 Oktyabr 2021 18:07 (UTC +04:00)
Real-Trend həftəlik iqtisadi layihəsinin növbəti buraxılışı yayımlanıb (VİDEO)

Bakı. Trend:

Real-Trend həftəlik iqtisadi layihəsinin növbəti buraxılışı yayımlanıb.

Trend xəbər verir ki, budəfəki proqramda ötən hətənin ən aktual iqtisadi hadisələri, o cümlədən Avropada qaz qiymətlərinin qalxmasının böyük qaz ixracatçısı kimi Azərbaycanın gəlirlərinə necə təsir edəcəyi, bu ilin 8 ayı ərzində Azərbaycanın qızıl ixracında böyük artımın müşahidə olunması, qeyri neft sektorunda da ixracın həcmi rekord həddə yaxınlaşması, Azərbaycan sahibkarlarının xarici bazarlara çıxışının daha da asanlaşdırılması üçün dövlətin atdığı addımlar, ixracın şaxələndirilməsi istiqamətində atılan addımların ölkə iqtisadiyyatına öz töhfəsini verməsi kimi bu və digər iqtisadi məsələlər müzakirə edilib.

Qeyd edək ki, layihə hər çərşənbə günü saat 15:30-da, təkrarı 22:30-da Real TV-nin efirində yayımlanır. "Real-Trend" verlişində həftənin ən aktual iqtisadi xəbərləri müzakirə edilir. Həm Real TV, həm də Trend İnformasiya Agentliyinin studiyasına dəvət edilən qonaqlar Azərbaycanın qarşısında duran çağrışları müzakirə edirlər.

Buraxılışı təqdim edirik:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti