...

Azərbaycan nefti ucuzlaşıb

İqtisadiyyat Materials 13 Noyabr 2021 10:01 (UTC +04:00)

Bakı. Sədrəddin Ağcayev - Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 12-də 84,13 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,24 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 83,22 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,25 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 79,21 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,22 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 82,65 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,37 dollar/barel azdır.

Twitter: agdzhaev

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti