...

Üçtərəfli müqavilə İranın qaz probleminin böyük hissəsini həll edəcək – Prezident Aparatının rəhbəri

İqtisadiyyat Materials 5 Dekabr 2021 13:05 (UTC +04:00)
Üçtərəfli müqavilə İranın qaz probleminin böyük hissəsini həll edəcək – Prezident Aparatının rəhbəri

Bakı. Elnur Bağışov – Trend:

Türkmənistan, İran və Azərbaycan arasında qaz müqaviləsi ilə İran qaz probleminin böyük hissəsini həll edəcək.

Trend-in məlumatına görə, bunu İranın Prezident Aparatının rəhbəri Qulamhüseyn İsmaili IRIB-ə açıqlamasında deyib.

Q.İsmailinin sözlərinə görə, Azərbaycan Türkmənistandan qaz satın almaq və İran vasitəsi ilə svop etmək üzrə razılaşma əldə etdi. İran Türkmənistanla Azərbaycan arasında qazın svop edilməsi üzrə heç bir vəsait almayacaq və əvəzində şərq vilayətlərinin qazını təmin edəcək:

“Azərbaycan və Türkmənistan arasında qaz razılaşmasında İranın payına uyğun olaraq, bundan sonra soyuq fəsillərdə İranın şimal vilayətlərində qazın təzyiqinin aşağı düşməsi problemi yaşanmayacaq” -deyə o bildirib.

İranlı rəsmi deyib ki, İranın hazırkı administrasiyasının siyasətlərindən biri digər ölkələrlə münasibətlər qurmaq, diplomatiyanı aktivləşdirmək və qonşu ölkələrə diqqət yetirməkdir. Bu baxımdan İƏT-in XV zirvə toplantısında müxtəlif sahələrdə bu təşkilata üzv ölkələrlə iqtisadi münasibətlərin inkişaf etdirilməsi diqqət mərkəzində durdu.

Onun sözlərinə görə, ticarət və enerji sahələri, həmçinin rəqəmsal iqtisadiyyat və müxtəlif platformalar haqda İƏT üzvləri və qonşu ölkələrlə müzakirələr aparılıb. Zirvə toplantısının kənarında Pakistan, Türkmənistan, Azərbaycan, Türkiyə və Özbəkistan prezidentləri ilə ikitərəfli görüşlər həyata keçirilib. Bu görüşlərdə ikitərəfli məsələlər araşdırılıb:

“Təəssüflər olsun ki, son illərdə İranda qonşu ölkələr unudulub. Qonşu ölkələrlə bir sıra yaxşı anlaşmalar əldə olundu, misal üçün Türkmənistan tərəfi İran və Türkmənistan arasında qaz problemlərinin həllinə maraqlı olduğunu nümayiş etdirdi” -deyə o bildirib.

Qeyd edək ki, 28 noyabrda Türkmənistan paytaxtı Aşqabadda İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XV Zirvə Toplantısının kənarında ildə 1,5-2 milyard kubmetr Türkmənistan qazının İran vasitəsi ilə Azərbaycana svop edilməsi üzrə Azərbaycan və İran prezidentlərinin iştirakı ilə üçtərəfli müqavilə imzalanıb. Müqavilənin icrasına 22 dekabrdan başlanacaq və gündəlik 5-6 milyon kubmetr qaz svop ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti