...

“İşsizin DOSTu” proqramı üzrə 1231 şəxs poçtalyon və operator işlərinə cəlb olunub

İqtisadiyyat Materials 25 Dekabr 2021 13:02 (UTC +04:00)
“İşsizin DOSTu” proqramı üzrə 1231 şəxs poçtalyon və operator işlərinə cəlb olunub

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İş Mərkəzi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki “Azərpoct” və “Aztelekom” MMC-lər yeni layihəyə başlayıblar.

Nazirlikdən Trend-ə verilən məlumata görə, layihə çərçivəsində DOST İş Mərkəzi tərəfindən 1231 nəfər ictimai işçi “İşsizin DOSTu” proqramı üzrə “Azərpoct” MMC və “Aztelekom” MMC müəsissələrində fəaliyyətə başlayıb. Onlar DOST İş Mərkəzi ilə bağlanmış əmək müqavilələri əsasında həmin müəsissələrdə poctalyon və operator işlərini yerinə yetirirlər.

Layihə 60 rayonu əhatə edir.

“İşsizin DOSTu” proqramı çərçivəsində 56 min ictimai iş yeri mövcuddur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti