Bakı. Trend:
Gəncə avtomobil zavodu İB-də traktor istehsalı 2 dəfə artıb.
Zavoddan Trend-ə verilən məlumata görə, ötən il Gəncə avtomobil zavodu İstehsalat Birliyində traktor istehsalı 2 dəfə artıb. Bu barədə məlumatı birliyin mətbuat katibi Məqsəd Rəhimov verib.
Onun sözlərinə görə 2020-ci ildə traktorun istehsal rəqəmi 299 idisə, 2021-ci ildə bu rəqəm 651 təşkil edib. M.Rəhimiov onu da əlavə edib ki, 2021-ci ildə Gəncə avtomobil zavodu İB-də müxtəlif təyinatlı 64 KAMAZ, 30 ədəd URAL və 17 ədəd MAZ avtomobili yığılıb. Bu müddətdə 1 ədəd traktor qoşqusu, 30 ədəd səhra mətbəx qoşqusu, 35 ədəd tullantı üçün konteyner istehsal olunub.