...

Mikayıl Cabbarov Türk Dövlətləri Təşkilatının Baş katibi ilə görüşüb

İqtisadiyyat Materials 8 Fevral 2022 19:27 (UTC +04:00)
Mikayıl Cabbarov Türk Dövlətləri Təşkilatının Baş katibi ilə görüşüb

Bakı. Trend:

İqtisadiyyat naziri Mikayıl Cabbarov Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyevlə görüşüb.

İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, nazir türk dövlətləri arasında əlaqələrin inkişafında ortaq tarix, mədəniyyət və dəyərlərin, ölkələrimizin təmsil olunduğu qurumların, xüsusilə Türk Dövlətləri Təşkilatının mühüm rolunu vurğulayıb.

Azərbaycanın quruma üzv olan ölkələrlə tərəfdaşlığı digər sferalarda olduğu kimi, iqtisadi-ticarət sahəsində də genişlənir. Bununla belə, son dövrlərdə nəqliyyat-tranzit, investisiya, rəqəmsallaşma və s. sahələrdə də əməkdaşlığın gücləndirilməsi təşəbbüsləri artmaqdadır. Bu baxımdan, Türk İnvestisiya Fondunun, Türk Ticarət Evinin yaradılması, ticarət prosedurlarının asanlaşdırılması, rəqəmsal ticarət, ölkələrimizin azad iqtisadi və sənaye zonaları arasında əməkdaşlıq platformasının formalaşdırılması iqtisadi əlaqələrin genişləndirilməsində önəmli təşəbbüslərdir.

Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev təşkilata üzv dövlətlərin qarşılıqlı dostluq və qardaşlıq münasibətlərini, əlaqələrin inkişafını vurğulayıb, yeni istiqamətlər barədə fikirlərini bölüşüb.

Görüşdə Türk Dövlətləri Təşkilatı çərçivəsində tərəfdaşlığın gücləndirilməsi, qurumun VIII Zirvə Görüşündə qəbul edilmiş qərarların icrasına dair müzakirələr aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti