...

Novruz yarmarkaları sabah başa çatır

İqtisadiyyat Materials 18 Mart 2022 10:51 (UTC +04:00)
Novruz yarmarkaları sabah başa çatır
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Novruz bayramı ilə əlaqədar 12-19 mart tarixlərində “Kənddən şəhərə” yarmarkaları təşkil olunub.

"Aqrar Tədarük və Təchizat" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Qalib Bəhramov Trend-ə bildirib ki, hava şəraitinin yağmurlu olmasına baxmayaraq insanların alıcılıq qabiliyyəti yüksəkdir.

"Yarmarkaların sabah son günüdür. Yarmarkalar sabah səhər saat 9.00-dan axşam saat 19.00-a qədər davam edəcək. “Kənddən şəhərə” Novruz yarmarkalarında 50-ə yaxın regiondan 100-dən artıq fermer 50-ə yaxın çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirir. Satışa çıxarılan məhsulların qiyməti fermerlər tərəfindən müəyyən olunur. Yarmarkada əsas üstünlük çərəz məhsullarına verilib. Bu məhsullara tələbat daha çoxdur. Alıcılıq qabiliyyəti yüksəkdir", - deyə Q.Bəhramov bildirib.

Yarmarkalarda satışa çıxarılan bəzi məhsulların qiymətlərini təqdim edirik:

düyü 2-5 manat,

səməni 1-18 manat,

ləpə fındıq 11-16 manat,

sarı kişmiş 6-14 manat,

qara kişmiş 8-15 manat,

qaysı 9,5-17 manat,

kənd toyuğu 3-10 manat,

dana əti 9,50 manat,

qaz əti 10 manat,

hinduşka 13-15 manat

Qeyd edək ki, “Kənddən şəhərə” Novruz yarmarkası aşağıdakı ünvanlarda fəaliyyət göstərir:

- Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının çıxışı)

- Binəqədi rayonu, Süleyman Sani Axundov, 5B (“İnqilab” kinoteatrının yanı)

- Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41A

Məqalədə:
Xəbər lenti

Xəbər lenti