...

Bir dolların fantastik qiyməti nə ilə bağlıdır? - Ekspertdən açıqlama

İqtisadiyyat Materials 18 Aprel 2022 10:06 (UTC +04:00)
Bir dolların fantastik qiyməti nə ilə bağlıdır? - Ekspertdən açıqlama
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Son günlər ölkəmizdə 1 dollarlıq əsginasların elan saytlarında və sosial şəbəkələrdə kütləvi satışa çıxarılması il bağlı elanlara rast gəlmək mümkündür. Elanlarda 2013-cü ildə tədavülə buraxılmış bir dolların 100, 1000, 3000 manata satın alınacağı təklif olunur.

Bəzi iddialara görə, həmin əsginasların kütləvi satışa çıxarılmasına səbəb məşhur iş adamı İlon Maskın "Twitter"dəki paylaşımı olub. O, 2013-cü ildə tədavülə buraxılmış bir dolları məşhur kriptovalyuta olan bitkoinlə dəyişəcəyini bildirib.

Məsələ ilə bağlı iqtisadçı-ekspert Xalid Kazımlı Trend-ə bildirib ki, bir dolların dəyərindən baha satılması heç bir iqtisadi əsasa söykənmir.

Onun sözlərinə görə, ABŞ Mərkəzi Bankının 2013-cü ildə tədavülə buraxdığı bir dollarların baha satılması barədə heç bir qərarı yoxdur. Bir dolların dəyərindən baha satılması daha çox dələduzluq meyillərinə hesablanıb. İlon Maskın "Twitter"dəki paylaşımını səbəb gətirirlər. Həmin ildə "dogecoin" adlanan kriptovalyuta buraxılmışdı. Buraxıldığı zamanlarda bu kriptovalyutaya "zarafat" kriptovalyutası deyirdilər. İlon Mask bu bitkoinlə bağlı çoxlu tvitlər paylaşırdı və inandığını bildirirdi. Nəticədə bu kriptovalyuta 2021-ci ildə kapitalizasiyasına görə, beşinci ən böyük kriptovalyutaya çevrilmişdi. 2013-cü ildə tədavülə buraxılan bir dolları alanlar ehtiyatlı olmalıdırlar. Onlar bilməlidirlər ki, bir dollarları rəzmi məzənnədən (hazırda 1,70 AZN) baha dəyişə bilməyəcəklər", - deyə ekspert bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti