...

İqtisadiyyat Nazirliyi və qurumlarının vahid Çağrı Mərkəzi yaradılıb

İqtisadiyyat Materials 4 May 2022 09:51 (UTC +04:00)
İqtisadiyyat Nazirliyi və qurumlarının vahid Çağrı Mərkəzi yaradılıb

Trend-i buradan izləyin

Bakı. Trend:

Vətəndaşların İqtisadiyyat Nazirliyinə və qurumlarına (Dövlət Vergi Xidməti, Əmlak Məsələləri Dövlət Xidməti, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti) müraciətinin daha da asanlaşdırılması və vətəndaş məmnunluğunun yüksəldilməsi məqsədilə Nazirlik üzrə vahid platforma – 195-1 Çağrı Mərkəzi yaradılıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, İqtisadiyyat Nazirliyi və qurumlarına "195-1" qaynar xətti vasitəsilə ölkənin istənilən regionundan birbaşa zəng etmək olar. Çağrı Mərkəzi tərəfindən göstərilən xidmətlər ödənişsizdir.

4 may 2022-ci il tarixindən etibarən 195-1 Çağrı Mərkəzi iş günləri saat 09:00-dan 18:00-dək fasiləsiz olaraq fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti