Bakı. Trend:
2022-ci ilin yanvar-aprel aylarında "Azexport.az" portalına 162,7 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub.
Trend bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın may sayına istinadən məlumat verir.
2022-ci ilin aprel ayında "Azexport.az" portalına daxil olan ixrac sifarişlərinin dəyəri isə 30,1 milyon ABŞ dolları təşkil edib. 2022-ci ilin aprel ayında "Azexport.az "portalına edilən ixrac sifarişlərinin tərkibində duz, kartof, buğda unu, qarğıdalı, pambıq yağı və s. məhsullar üstünlük təşkil edib.
Məlumat üçün qeyd edək ki, 2017-ci ilin yanvar ayından 2022-ci ilin 30 aprel tarixinə kimi (64 ay ərzində) Azexport.az portalına dünyanın 145 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 2,966 milyard ABŞ dolları təşkil edib.
(Tərcümə: Orxan Nəbiyev)