Bakı. Trend:
Azərbaycan Avropaya enerji ehtiyatları tədarükünün artırılması üçün çox böyük imkanlara malikdir.
Bunu Trend-ə Gürcüstanın sabiq prezidenti Georgi Marqvelaşvili deyib.
"Gürcüstanın başlıca enerji tərəfdaşı məhz Azərbaycandır. Avropa bazarına enerji ehtiyatları tədarükünün artırılması üçün böyük potensial var. Amma bunun reallaşdırılması üçün Xəzər, Qara dəniz, Şimali Aralıq dənizi regionu ölkələrinin əməkdaşlığı lazımdır", - deyə o bildirib.
G.Marqvelaşvili qeyd edib ki, Azərbaycanla Gürcüstanın əməkdaşlığında müstəsna rolu həm də Böyük İpək yolunun bərpası layihəsi oynayır. Bu layihənin təşəbbüskarları liderlər Heydər Əliyev, Eduard Şevardnadze və Süleyman Dəmirəl olub.
"Bu layihə Cənubi Qafqaz üçün mühüm əhəmiyyət kəsb edib. Bu, regiona təkcə sabitlik gətirən deyil, həm də ölkələrimiz üçün yeni imkanlar açan bir layihədir", - sabiq prezident deyib.
(Tərcümə: Orxan Nəbiyev)