...

Azərbaycan, Türkiyə və Özbəkistan BTQ-nin bütün imkanlarından istifadə barədə razılığa gəliblər

İqtisadiyyat Materials 2 Avqust 2022 13:21 (UTC +04:00)
Azərbaycan, Türkiyə və Özbəkistan BTQ-nin bütün imkanlarından istifadə barədə razılığa gəliblər
Nərgiz Sadıxova
Nərgiz Sadıxova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan, Türkiyə və Özbəkistan Bakı-Tbilisi-Axalkalaki-Qars dəmir yolunun (BTQ) bütün imkanlarından fəal istifadə etmək barədə razılıq əldə edib.

Trend-in məlumatına görə, bunu Özbəkistan xarici işlər naziri vəzifəsini icra edən Vladimir Norov Daşkənddə Azərbaycan, Türkiyə və Özbəkistan xarici işlər, ticarət/iqtisadiyyat və nəqliyyat nazirlərinin birinci üçtərəfli görüşünün yekununda mətbuat konfransı zamanı deyib.

Onun sözlərinə görə, hər üç ölkə iqtisadiyyat, ticarət, investisiya və nəqliyyat sahələrində əməkdaşlıq potensiallarının tam reallaşdırılması üçün birgə səylər göstərməyə hazırdır.

O qeyd edib ki, bu məqsədlə Bakı-Tbilisi-Axalkalaki-Qars dəmir yolunun, Türkiyə və Azərbaycanın beynəlxalq limanlarının, eləcə də Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin bütün imkanlarından fəal istifadə etmək planlaşdırılır.

"Tərəflər eyni zamanda Termez-Məzari-Şərif-Kabil- Peşəvər strateji dəmiryol xəttinin tikintisi ilə bağlı Özbəkistanın təşəbbüsünün vacibliyini vurğulayır və Özbəkistan-Qırğızıstan-Çin dəmir yolununu tikintisi layihəsinə dəstəyini bildirir", - V.Norov deyib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti