...

BƏƏ-nin ən böyük liman operatoru Gürcüstan nəqliyyat layihələrinə maraq göstərir

İqtisadiyyat Materials 31 Avqust 2022 07:39 (UTC +04:00)
BƏƏ-nin ən böyük liman operatoru Gürcüstan nəqliyyat layihələrinə maraq göstərir

Bakı. Trend:

Bu gün BƏƏ-nin ən böyük liman operatorlarından biri olan "Abu Dhabi Ports"un nümayəndələri Gürcüstanda səfərdədirlər.

Trend xəbər verir ki, şirkətin meneceri Samir Çaturvedi ilə görüşü Gürcüstan baş nazirinin müavini, İqtisadiyyat Nazirliyinin rəhbəri Levan Davitaşvili keçirib.

Görüşdə Gürcüstan və BƏƏ arasında ikitərəfli iqtisadi əlaqələrin inkişaf etdirilməsi məsələləri müzakirə olunub.

Dəniz nəqliyyatı və logistika sahəsində əməkdaşlığın inkişafına və bu sahələrdə investisiya imkanlarına xüsusi diqqət yetirilib.

Qonaqlara gələcək planlar barədə məlumat verilib və ölkədə həyata keçirilən cari iri nəqliyyat infrastrukturu layihələrinin təqdimatı keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti