...

Azərbaycan və Moldova iqtisadiyyatın bütün sahələrində münasibətləri inkişaf etdirir - Sahib Məmmədov

İqtisadiyyat Materials 11 Oktyabr 2022 13:30 (UTC +04:00)
Azərbaycan və Moldova iqtisadiyyatın bütün sahələrində münasibətləri inkişaf etdirir - Sahib Məmmədov
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Moldova iqtisadiyyatın bütün sahələrində münasibətləri inkişaf etdirir.

Trend-in məlumatına görə, bunu iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov biznes nümayəndələri ilə görüş zamanı deyib.

"2022-ci ilin yanvar-avqust aylarında ticarət dövriyyəsi 13,5 milyon dollar təşkil edib. Azərbaycandan Moldovaya ixrac 13 dəfə artıb", - deyə o bildirib.

Onun sözlərinə görə, 1995-ci ildən 2021-ci ilədək Azərbaycan Moldovaya 9,7 milyon dollar, Moldova isə Azərbaycana 3,8 milyon dollar investisiya qoyub.

"Bu göstəricilər dəfələrlər artırıla bilər. Biz əməkdaşlığımızın genişlənməsi üçün çoxlu imkanlara malikik və bugünkü görüş ölkələrimiz arasında məhsuldar iqtisadi əməkdaşlığa xidmət edəcək", - nazir müavini deyib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti