...

Hesablama Palatası dövlət büdcəsinə rəy verərək parlamentə göndərib (FOTO)

İqtisadiyyat Materials 28 Oktyabr 2022 19:08 (UTC +04:00)

Bakı. Trend:

Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə geniş tərkibdə Kollegiya iclası keçirilib.

Palatadan Trend-ə verilən məlumata görə, Kollegiyanın gündəliyinə çıxarılmış "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi”nin, “Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsi”nin və “İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsi”nin layihələrinin rəylərinə baxılıb, ətraflı müzakirə edildikdən sonra təsdiq edilib və müvafiq olaraq Azərbaycan Respublikası Milli Məclisinə göndərilib.

Daha sonra Hesablama Palatasının funksional fəaliyyəti ilə bağlı gündəlikdə dayanan cari məsələlərə baxılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti