...

Bakıdakı "Həştərxan İş Mərkəzi"ndə “Rusiya-Azərbaycan Tarla Günü 2022” sərgisi keçirilib (FOTO)

İqtisadiyyat Materials 3 Noyabr 2022 14:00 (UTC +04:00)
Bakıdakı "Həştərxan İş Mərkəzi"ndə “Rusiya-Azərbaycan Tarla Günü 2022” sərgisi keçirilib (FOTO)

Bakı. Trend:

Noyabrın 3-də Bakıdakı "Həştərxan İş Mərkəzi"nin açıq meydançasında “Rusiya-Azərbaycan Tarla Günü 2022” sərgisi baş tutub.

"Rusiya-Azərbaycan Tarla Günü" kənd təsərrüfatı texnikasının ixtisaslaşdırılmış sərgisində Rusiyanı 14 müəssisə - Rostselmaş, Klever, Volqa Kombinat Zavodu (AGROMASH), Melinvest, Traktor MMC (URALETS), Kuzembetevski RMZ ASC, Salskselmash MMC, AgroPostavka MMC, Cənubi Ural Çəki Zavodu və başqaları təmsil edib.

Sərgidə Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov, Azərbaycanın kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov, Rusiyanın Sənaye Nazirliyinin Kənd Təsərrüfatı və Maşınqayırma üzrə Yol-tikinti Departementinin direktoru Mariya Yelkina, Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayapov və digər rəsmi qonaqlar iştirak ediblər.

Tədbirin açılış mərasimi Azərbaycan və Rusiyanın dövlət himnlərinin səslənməsi ilə başlayıb.

Çıxış edənlər sərginin keçirilməsində verdiyi dəstəyə görə Azərbaycan tərəfinə, dövlət qurumlarına, eyni zamanda, öz meydançasını sərgi üçün verdiyinə və özəl təşkilatçılığa görə "Həştərxan İş Mərkəzi"nə minnətdarlıqlarını bildiriblər, sərginin işinə uğurlar arzu ediblər. Tədbir "Həştərxan İş Mərkəzi"nin könfrans zalında dəyirmi masa ilə davam edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti