...

Azərbaycan nefti ucuzlaşıb

İqtisadiyyat Materials 16 Dekabr 2022 09:38 (UTC +04:00)
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 15-də 84,77 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,17 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 81,94 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,15 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 46,43 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,78 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 81,83 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,78 dollar/barel azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti