...

Maliyyə Nazirliyi dövlət istiqrazlarını hərraca çıxarıb

İqtisadiyyat Materials 17 Yanvar 2023 18:56 (UTC +04:00)
Maliyyə Nazirliyi dövlət istiqrazlarını hərraca çıxarıb
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Yanvarın 17-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin 728 gün tədavül müddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Trend çərşənbə axşamı BFB-yə istinadən məlumat verir ki, hərrac zamanı 17 investor 89,6127 manatdan (11,9950 faiz) 96,3702 manata (7,9999 faiz) kimi qiymət intervalında 26 sifariş təqdim edib.

Maliyyə Nazirliyinin qərarına əsasən, dövlət istiqrazlarının kəsmə qiyməti 94,1528 (9,27 faiz), orta ölçülmüş qiyməti 94,3533 manat (9,1536 faiz) səviyyəsində müəyyən edilib.

Sifarişlərin nominal qiymətlərlə ümumi məbləği 136 285 200 manat, yerləşdirmə həcmi isə 50 000 000 manat təşkil etmişdir.

İstiqrazların ödəmə tarixi 14 yanvar 2025-ci ildir.

Qeyd edək ki, hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələdikdə və qiymət emitenti qane etdikdə emitent tərəfindən təklif olunan istiqrazların həcmi 50 faizədək artırıla bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti