...

Kənd təsərrüfatı yarmarkalarında vasitəçilər qiymətlərə təsir edirlər – Deputat

İqtisadiyyat Materials 26 Yanvar 2023 12:13 (UTC +04:00)
Kənd təsərrüfatı yarmarkalarında vasitəçilər qiymətlərə təsir edirlər – Deputat
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Kənd təsərrüfatı yarmarkalarında vasitəçilər qiymətlərə təsir edirlər.

Trend-in məlumatına görə, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında deputat Emin Hacıyev deyib.

Deputat bildirib ki, özü də yarmarkalarda olub. “Kənd təsərrüfatı yarmarkaları var. Özüm də bir neçə dəfə orada olmuşam. Ortada vasitəçilər var və onlar da qiymətlərə təsir edir”, - deyə deputat qeyd edib.

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən Bakı və Abşeron ərazisində mütəmadi olaraq “Kənddən Şəhərə” həftəsonu yarmarkaları təşkil olunur.

Yarmarkanın təşkilində əsas məqsəd fermerlər üçün alternativ satış kanalı yaratmaq və şəhər sakinlərinin kənd təsərrüfarı məhsullarına olan tələbatını daha dolğun təmin etməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti