...

Mərkəzi Bank inflyasiyanın azaldılması üçün tədbirlər görür - Taleh Kazımov

İqtisadiyyat Materials 1 Fevral 2023 12:21 (UTC +04:00)
Mərkəzi Bank inflyasiyanın azaldılması üçün tədbirlər görür - Taleh Kazımov
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın Mərkəzi Bankı inflyasiyanın azaldılmasına yönəlmiş tədbirlər görür.

Trend-in məlumatına görə, bu barədə bu gün Azərbaycanın Mərkəzi Bankının (AMB) idarə heyətinin sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərindəki dəyişikliklərə həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, 2023-cü ildə Azərbaycanda illik inflyasiyanın səkkiz faiz səiyyəsində olacağı gözlənilir.

O həmçinin bütünlükdə 2022-ci ildə maliyyə sektorunda mühüm makroiqtisadi dəyişikliklərin müşahidə olunduğunu xatırladıb. Burada söhbət ilk növbədə inflyasiyadan, neft məhsullarının qiymətlərindəki artımdan, həmçinin bu və ya digər məhsullara tələbin dinamik dəyişməsindən gedir.

"Azərbaycan da dünya iqtisadiyyatının bir hissəsi olaraq dünyadakı iqtisadi şokun təsirini görüb və görməyə davam edir. Mərkəzi Bank öz mandatına uyğun olaraq bu risklərin azaldılması üçün zəruri tədbirləri görür", - T.Kazımov deyib.

Qeyd edək ki, 2022-ci ildə illik inflyasiya dərəcəsi 14,4 faiz olub ki, bu da pik səviyyədən (15,6 faiz -sentyabr ayında müşahidə olunub) 1,2 faiz aşağıdır. Dekabr ayında ərzaq inflyasiyası 19 faiz səviyyəsində olub. İstehsalçı qiymətlərindəki artım tempi (dekabrda kənd təsərrüfatı məhsulları istehsalçılarının qiymət indekslərindəki illik artım 10,2 faiz, qeyri-neft sektorunda sənaye məhsullarının qiymət indeksi 10,6 faiz olub) və idxal qiymətləri (noyabrda idxal qiymətlərindəki illik artım 23,4 faiz olub) ikirəqəmli göstəricilər səviyyəsindədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti