...

Araz Vadisi İqtisadi Zonasında ilk müəssisənin işə başlayacağı vaxt açıqlanıb

İqtisadiyyat Materials 1 Fevral 2023 13:46 (UTC +04:00)
Araz Vadisi İqtisadi Zonasında ilk müəssisənin işə başlayacağı vaxt açıqlanıb
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında ilk müəssisənin 2023-cü ilin sonlarında işə başlayacağı açıqlanıb.

Trend-in məlumatına görə, bu barədə bu gün İqtisadi Zonaların İnkişafı Agentliyinin idarə heyətinin sədri Elşad Nuriyev 2022-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, hazırda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında iki sahibkarlıq subyekti rezident, bir subyekt isə qeyri-rezident statusu alıb.

Xatırladaq ki, 2022-ci ildə 28 sahibkarlıq subyekti sənaye zonalarında rezident statusu alıb (bunlardan ikisi Araz Vadisi İqtisadi Zonasının sənaye parkında rezident statusu alıb), ümumilikdə isə bugünədək 116 sahibkarlıq subyekti rezident statusu alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti