...

Aqroparklarda 9 300-dən çox insan daimi işlə təmin olunacaq

İqtisadiyyat Materials 1 Fevral 2023 13:53 (UTC +04:00)
Aqroparklarda 9 300-dən çox insan daimi işlə təmin olunacaq
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan aqroparklarında ümumilikdə 9 318 nəfərin daimi iş yeri ilə təmin olunması planlaşdırılır.

Trend-in məlumatına görə, bu barədə bu gün İqtisadi Zonaların İnkişafı Agentliyinin idarə heyətinin sədri Elşad Nuriyev 2022-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

"Hazırda aqroparklarda 4 600 nəfər daimi iş yeri ilə təmin olunub, 5 200-dən çox insan mövsümi işlərə cəlb olunub. Gələcəkdə 4 700-dən çox əlavə iş yerinin yaradılması planlaşdırılır", - o deyib.

O, hazırda Azərbaycanın 32 rayonunda 51 aqroparkın yaradılması istiqamətində işlərin davam etdirildiyini qeyd edib.

34 aqropark bitkiçilik üzrə, 14 aqropark bitkiçilik və heyvandarlıq üzrə, 1 aqropark heyvandarlıq üzrə, 2 aqropark isə emal sənayesi üzrə ixtisaslaşıb.

Qeyd olunan aqroparklardan 44-ü artıq fəaliyyətə başlayıb, digərlərində isə layihə-tikinti işləri aparılır.

Aqroparklar layihəsinin ümumi dəyəri 2,4 milyard manat təşkil edir ki, bunun faktiki olaraq 1,4 milyard manatı artıq layihələrin reallaşdırılmasına yatırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti