...

ADNSU-da Böyük Britaniya rəsmiləri ilə iqlim dəyişikliyi mövzusunda müzakirələr keçirilib (FOTO)

İqtisadiyyat Materials 2 Fevral 2023 16:38 (UTC +04:00)
ADNSU-da Böyük Britaniya rəsmiləri ilə iqlim dəyişikliyi mövzusunda müzakirələr keçirilib (FOTO)

Bakı. Trend:

Fevralın 2-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Böyük Britaniyanın Avropa və Mərkəzi Asiya üzrə Enerji təhlükəsizliyi və İqlim səfiri David Moranla iqlim dəyişikliyi mövzusunda müzakirə keçirilib. Qeyd edək ki, səfir David Moran fevralın 3-də Bakıda keçiriləcək Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu toplantısında (ADNSU) Böyük Britaniya hökumətini təmsil etmək üçün Bakıdadır.

Görüşdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, prorektorlar, universitetin professor-müəllim heyəti və tələbələr, həmçinin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Fergus Auld və nümayəndə heyəti iştirak ediblər. Rektor M.Babanlı qonaqları salamladıqdan sonra onlara universitet haqqında məlumat verib. O müzakirə olunacaq mövzunun aktuallığını vurğulayan rektor M.Babanlı ADNSU-da enerji təhlükəsizliyi məsələlərinin prioritet təşkil etdiyini qeyd edib.

ADNSU-da olmaqdan məmnunluğunu ifadə edən səfir F.Auld dünyada iqlim və enerji təhlükəsizliyi sahəsində səylərin beynəlxalq miqyasda mühüm əhəmiyyət kəsb etdiyini qeyd edərək bu istiqamətdə hökumətlərarası dialoqun vacibliyini vurğulayıb.

Böyük Britaniyanın Avropa və Mərkəzi Asiya üzrə Enerji təhlükəsizliyi və İqlim səfiri D.Moran iqlim və enerji təhlükəsizliyi, o cümlədən enerji ehtiyatları ilə bağlı problemlərin həllinin vacibliyi və bu istiqamətdə dünya kökümətlərinin üzləşdiyi çətinliklər və gördükləri işlər, həmçinin diqqət yetirilməli olan məqamlar haqqında danışıb. Görüş iqlim dəyişikliyi mövzusunda müzakirələrlə davam edib.

ADNSU-da aparılan müzakirələr çərçivəsində rektor M.Babanlı ilə səfir F.Auld arasında görüş keçirilib. Tərəflər birgə əməkdaşlıq və perspektiv məsələlərlə bağlı fikir mübadiləsi aparıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti