Bakı. Trend:
Biz kənd təsərrüfatının inkişafında təcrübəmizi Azərbaycanla bölüşməyə hazırıq.
Trend-in məlumatına görə bu barədə Regional Şuranın sədri Ramat-Negev Eran Doron "Kənd Təsərrüfatı və Təhsil" mövzusunda keçirilən Azərbaycan-İsrail İnnovasiya Forumunda deyib.
"Bu mərhələdə 20 il sonra nə baş verəcəyini proqnozlaşdırmaq çətindir, lakin bir şey aydındır: ərzağa tələbat getdikcə artacaq. Gələcək nəsilləri ərzaqla təmin etmək üçün biz bu gün kənd təsərrüfatı sahəsini inkişaf etdirməliyik", - Doron deyib.
Onun sözlərinə görə, İsrail təkcə öz vətəndaşlarının deyil, bütün dünyanın ərzaqla təmin edilməsini qarşısına məqsəd olaraq qoyub.
"Azərbaycanda da İsraildə olduğu kimi 10 milyona yaxın əhali var. Düşünürəm ki, biz öz əhalimizi təmin edə biliriksə, Azərbaycan da bunu reallaşdıra bilər", - o əlavə edib.