...

Transxəzər Şərq-Qərb Dəhlizi ilə tranzitin sadələşdirilməsi üzrə sənəd imzalanıb (FOTO)

İqtisadiyyat Materials 15 Mart 2023 15:50 (UTC +04:00)
Transxəzər Şərq-Qərb Dəhlizi ilə tranzitin sadələşdirilməsi üzrə sənəd imzalanıb (FOTO)
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Bakı şəhərində Transxəzər Beynəlxalq Şərq-Qərb Orta Dəhlizi boyu “Bir pəncərə” prinsipindən istifadə etməklə sadələşdirilmiş tranzit qaydalarının hazırlanması və tətbiqi üzrə tədbirlər planı protokolunun imzalanması mərasimi keçirilib.

Trend-in məlumatına görə, sənədi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov, Qazaxıstan Respublikası Maliyyə Nazirliyinin Dövlət Gəlirləri Komitəsinin Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəhbəri Yermek Kojabergenov, Qırğızıstan Dövlət Gömrük Xidmətinin sədri Samat İsabekov, Gürcüstanın Gəlirlər Xidmətinin rəhbəri Levan Kakava, Özbəkistan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Akmalxuja Mavlonov və Tacikistan Gömrük Komitəsinin sədri Xurşed Karimzoda imzalayıb.

Qeyd edək ki, Bakı şəhərində Transxəzər Beynəlxalq Şərq-Qərb Orta Dəhlizi boyu “Bir pəncərə” prinsipindən istifadə etməklə tranzit gömrük prosedurunun sadələşdirilməsi layihəsi üzrə çoxtərəfli görüş keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti