Bakı. Trend:
Son on il ərzində şəhid ailələrinə, müharibə ilə əlaqədar əlilliyi olanlara və digər imtiyazlı şəxslərə 120 mənzil və 280 minik avtomobili verilib.
Trend-in məlumatına görə, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiqlədiyi “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda qeyd olunub.
Ölkədə 2017-ci ildən həyata keçirilən özünüməşğulluq proqramına Naxçıvan Muxtar Respublikası üzrə 1320 ailə cəlb edilib.