...

Yanvar-may aylarında Azərbaycandan Türkiyəyə səyahət edənlərin sayı 250 mini keçib

İqtisadiyyat Materials 24 İyun 2023 13:47 (UTC +04:00)
Yanvar-may aylarında Azərbaycandan Türkiyəyə səyahət edənlərin sayı 250 mini keçib

Bakı. Trend:

2023-cü ilin yanvar-may aylarında Azərbaycandan Türkiyəyə 253 min 877 turist səyahət edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,7 faiz azdır.

Trend-in məlumatına görə, bu barədə TurkicWorld-a Türkiyənin Mədəniyyət və Turizm Nazirliyindən bildirilib.

Məlumata əsasən, 2023-cü ilin may ayında Azərbaycandan Türkiyəyə gələn turistlərin sayı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 14,67 faiz azalaraq 57 min 885 nəfər təşkil edib.

2023-cü ilin yanvar-may aylarında Türkiyəyə ümumilikdə 14 milyon 35 min 175 turist səyahət edib, bu da ötən ilin qeyd edilən dövrü ilə müqayisədə 23,65 faiz çoxdur.

2023-cü ilin may ayında Türkiyəyə səyahət edən turistlərin sayı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 16,19 faiz artaraq 4 milyon 500 min 242 nəfərə çatıb.

Bundan əlavə, 2023-cü ilin yanvar-may aylarında Türkiyənin ən çox turist qəbul etdiyi ölkələr arasında 1 milyon 794 min 185 turistlə Rusiya birinci yerdədir. Rusiyanı Almaniya (1 milyon 583 min 953), Bolqarıstan (1 milyon 56 min 524), İngiltərə (987 min 267) və İran (794 min 177) izləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti