...

Azərbaycan nefti bahalaşıb

İqtisadiyyat Materials 27 Oktyabr 2023 09:08 (UTC +04:00)

Bakı. Trend:

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,48 ABŞ dolları, yaxud 0,52 % artaraq 92,87 ABŞ dolları təşkil edib.

Trend xəbər verir ki, “Brent” markalı neftin dekabr fyuçersləri 89,13 ABŞ dollarına satılıb.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.

Qeyd edək ki, 2022-ci ildə “Azeri Light” (CIF) markalı neftin bir barelinin orta satış qiyməti 103,58 ABŞ dolları təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il “Azeri Light” (CIF) nefti 44,6% bahalaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti