...

Ağdamda əhalinin məşğulluğu mövzusunda tədbir keçirilib (FOTO) (ƏLAVƏ OLUNUB)

İqtisadiyyat Materials 4 Noyabr 2023 15:18 (UTC +04:00)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Ağdam. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin birgə təşkilatçılığı ilə Ağdamda “Əhalinin dayanıqlı məskunlaşmasında məşğulluğun rolu. Görülmüş işlər və çağırışlar” mövzusunda dəyirmi masa keçirilib.

Trend xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ağdam Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğurunda şəhid olan qəhrəmanlarımızın xatirəsini anıblar.

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov 44 günlük Vətən müharibəsindən sonra dövlətimizin başçısının rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun düşməndən azad etdiyi torpaqlarda bərpa-quruculuq işlərinin aparıldığını, bu ərazilərdə 11 müxtəlif sahə üzrə işçi qrupların fəaliyyət göstərdiyini vurğulayıb.

Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində əhalinin işğaldan azad edilmiş ərazilərə dayanıqlı qayıdışı istiqamətində kompleks işlərin görüldüyü, Qarabağ iqtisadi rayonunda da bu prosesin sürətlə davam etdiyi diqqətə çatdırılıb.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq bu ərazilərdə genişmiqyaslı sosial dəstək tədbirləri barədə məlumat verib.

Nazir müavini doğma yurdlarına qayıdan şəxslərlə mütəmadi görüşlərin keçirildiyini, onların məşğulluq imkanlarının qiymətləndirilərək müvafiq dəstək tədbirləri ilə təmin olunduğunu diqqətə çatdırıb. Həmçinin bu ərazilərdə fəaliyyət göstərən işəgötürənlərlə əməkdaşlıq edildiyini, onların işçi qüvvəsinə tələbatının ödənilməsinin başlıca vəzifələrdən biri olduğunu diqqətə çatdırıb.

Sonra nazirlik tərəfindən Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində görülmüş işlərə dair təqdimat edilib.

Bildirilib ki, artıq Zəngilan rayonunun Ağalı, Tərtər rayonunun Talış kəndlərində, Laçın və Füzulidə öz doğma yurdlarına qayıdan vətəndaşların məşğulluq məsələlərinin həlli istiqamətində əsaslı işlər görülüb. Onlardan bir qismi uyğun vakansiyalar üzrə işlə təmin edilib, digərləri özünüməşğulluq proqramına, yeni peşələrə yiyələnmələri üçün işəgötürənlərlə birgə peşə hazırlığı kurslarına cəlb olunub.

Tədbir əhalinin işğaldan azad olunmuş ərazilərə qayıdışı ilə bağlı qazanılmış təcrübə və gələcək hədəflər mövzusunda təqdimatla davam edib.

Sonda dayanıqlı məskunlaşma üçün məşğulluğun artırılması istiqamətində təkliflərlə bağlı müzakirələr aparılıb.

Xəbər lenti

Xəbər lenti