...

Azərbaycanın sığorta bazarı böyüyüb?

İqtisadiyyat Materials 22 Yanvar 2024 15:28 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

2023-cü ildə Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 1 222,537 milyon manat sığorta haqqı toplanılıb.

Trend xəbər verir ki, bu barədə Mərkəzi Bank məlumat yayıb.

Bildirilib ki, bu, 2022-ci ilə nisbətən 25,9% çoxdur. Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 587,325 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 35,6% çoxdur.

12 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 48 manatı ödəniş edilib. Əvvəlki ilin eyni dövründə bu göstərici 44,6 manat olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti