Bakı. Trend:
2024-ci ildə Azərbaycanda ÜDM-in 121 mlrd. manatdan çox olacağı proqnozlaşdırılıb.
Trend bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Qeyd edilib ki, 2024-cü ildə ÜDM-in 121,3 milyard manata (dövlət
büdcəsinin layihəsinin tərtibi zamanı təqdim edilmiş proqnoza
nəzərən 3,0 milyard manat çox), o cümlədən qeyri-neft ÜDM-in 84,7
milyard manata (dövlət büdcəsinin layihəsinin tərtibi zamanı təqdim
edilmiş proqnoza nəzərən 0,6 milyard manat çox) çatacağı
proqnozlaşdırılır.
Əlavə edilib ki, yenilənmiş makroiqtisadi proqnoz, dünya neft
bazarlarında münbit qiymət dinamikası, cari ilin ötən dövründə
dövlət büdcəsinin gəlirlərinin faktiki icra vəziyyəti və dövlət
büdcəsində əlavə fiskal məkandan istifadə imkanları 2024-cü il üzrə
gəlir proqnozuna yenidən baxılması üçün şərait yaradır.