...

“PAŞA Bank” Faktorinq Forumuna qeydiyyatı açıq elan edir

İqtisadiyyat Materials 28 İyun 2024 11:35 (UTC +04:00)
“PAŞA Bank” Faktorinq Forumuna qeydiyyatı açıq elan edir

Bakı. Trend:

Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” və tərəfdaşı “PMD Projects” MMC tərəfindən tikinti və təmir sektorunda fəaliyyət göstərən tədarukçülərə ödəniş və təchizat imkanlarının araşdırılması, alternativ hesab ödəniş modelləri ilə tanışlıq və faktorinq məhsulunun istifadəsi, həmçinin faydaları barədə məlumat vermək məqsədilə keçiriləcək Faktorinq Forumuna qeydiyyatı açıq elan edir.

"PAŞA Bank" və "PMD Projects" MMC ilə əməkdaşlıq etməklə, iştirakçılar faktorinq məhsulu vasitəsilə maliyyə əməliyyatlarının nizamlanması, ödəniş dövriyyələrinin azaldılması və gecikdirilmiş ödənişlərlə bağlı risklərin aradan qaldırılmasına dair ətraflı məlumat əldə edəcəklər.

Tədbir çərcivəsində, növbəti dövrdə birgə iş imkanları, işgüzar əlaqələr və əməkdaşlıq istiqamətləri müəyyənləşdiriləcək.

İlk növbədə tikinti sahəsində 2 ildən çox fəaliyyət göstərən, sahə üzrə tələb olunan lisenziyaya malik və dövlət qeydiyyatından keçmiş şirkətlər tədbirdə iştirak şansı qazanacaq.

Tədbir 16 iyulda Four Seasons mehmanxanasında baş tutacaq.

10 iyul tarixinədək qeydiyyatdan keçmək üçün bu linkə daxil olun.

Xəbər lenti

Xəbər lenti