...

Azərbaycan metan emissiyalarının azaldılmasına sadiqdir - Nazir müavini

İqtisadiyyat Materials 26 Sentyabr 2024 00:28 (UTC +04:00)
Azərbaycan metan emissiyalarının azaldılmasına sadiqdir - Nazir müavini
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan metan emissiyalarının azaldılmasına sadiq qalır.

Trend xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Nyu-Yorkda keçirilən beşinci illik Xəzər Biznes Forumunda çıxışı zamanı deyib.

Enerji keçidində əsas maneələri aradan qaldırmaq üçün o, Xəzər regionu ölkələrini birgə formatlarda işi davam etdirməyə çağırıb:

"COP29 çərçivəsində işə salınan SPECA İqlim İnnovasiyaları Dialoqu kimi təşəbbüslər regional əməkdaşlığı və innovasiyaları təşviq etmək üçün nəzərdə tutulub".

E.Məmmədov qeyd edib ki, Azərbaycan da yeni elektrik xətlərinin və yeni enerji istehsalı obyektlərinin tikintisi vasitəsilə bərpa olunan enerji imkanlarını əhəmiyyətli dərəcədə genişləndirmək üzərində işləyir.

"Əsas çağırışlardan biri kritik infrastrukturun inkişafı olaraq qalır. Digər bir məsələ irimiqyaslı bərpa olunan enerji layihələrinin inkişafına dəstək üçün "yaşıl" maliyyə ehtiyacı ilə bağlıdır. Azərbaycan qlobal metan öhdəliyinə dair daha geniş öhdəliklərimizin çərçivəsində metan emissiyalarının azaldılmasına sadiqdir", - deyə E.Məmmədov bildirib.

O, Azərbaycanın davamlı inkişafı təşviq etməklə yanaşı, əsas enerji təchizatçısı kimi öz təcrübəsinə əsaslanaraq COP29-da liderlik etməyə hazır olduğunu vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti