...

Türkiyənin polad ixracı artıb

İqtisadiyyat Materials 7 Oktyabr 2024 15:30 (UTC +04:00)

Bakı. Trend:

2024-cü ilin yanvar-sentyabr aylarında Türkiyənin dünya bazarlarına polad ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 10,7 faiz artaraq, 12,2 milyon dollara bərabər olub.

Trend xəbər verir ki, bu barədə TurkicWorld -a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin sentyabr ayında Türkiyə 1,4 milyon dollar məbləğində polad ixrac edib ki, bu da keçən ilin sentyabr ayı ilə müqayisədə 7,5 faiz çoxdur,” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (sentyabr 2023 – sentyabr 2024) Türkiyə 16 milyon dollar məbləğində polad ixrac edib.

Xəbər lenti

Xəbər lenti