Bakı. Trend:
Azərbaycan və Qazaxıstan Orta Dəhliz çərçivəsində fəal əməkdaşlıq edir.
Trend-in məlumatına görə, bunu Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel Bakıda Qazaxıstan Respublikası Gününə həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.
“Qazaxıstan və Azərbaycan bütün regiona təsir edən bir sıra mühüm layihələr üzrə fəal əməkdaşlıq edir, xüsusən də Orta Dəhliz üzrə yükdaşımaların həcmi artmaqda davam edir”, - səfir qeyd edib.
O əlavə edib ki, Xəzər dənizi ilə Şərqlə Qərbi birləşdirən rəqəmsal telekommunikasiya dəhlizi çərçivəsində mühüm layihə olan fiber-optik kabelin çəkilməsi yaxın vaxtlarda başlayacaq.