...

Daşınmaz əmlakın icbari sığorta bazarı 3%-dən çox böyüyüb

İqtisadiyyat Materials 30 Noyabr 2024 12:12 (UTC +04:00)
Daşınmaz əmlakın icbari sığorta bazarı 3%-dən çox böyüyüb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

2024-cü ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda daşınmaz əmlakın icbari sığortası üzrə yığımlar 70 milyon 943 min manata yüksəlib.

Trend Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,3% və ya 2 milyon 278 min manat çoxdur.

Belə ki, ötən ilin yanvar-oktyabr aylarında Azərbaycanda 68 milyon 665 min manat daşınmaz əmlakın icbari sığorta haqqı toplanmışdı.

Bu dövrdə daşınmaz əmlakın icbari sığortası üzrə ödənişlərin həcmi 2 milyon 563 min manat olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 2 milyon 679 min manat və ya 51,1% azdır.

Ötən ilin ilk 10 ayında bu sığorta növü üzrə ödənişlərin həcmi 5 milyon 242 min manat olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti