...

“Azneft”-in istehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib

İqtisadiyyat Materials 19 Fevral 2025 16:34 (UTC +04:00)
“Azneft”-in istehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi, qeyri-sabit, küləkli keçməsi ilə əlaqədar SOCAR-ın “Azneft” İstehsalat Birliyinin istehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib. Bu barədə Trend-ə SOCAR-dan məlumat verilib.

"Təhlükəli işlərin görülməsi məhdudlaşdırılıb, əmək normaları çərçivəsində insan sağlamlığının qorunması üçün müvafiq tədbirlər həyata keçirilib.

Bütün sahələrdə məlumatlandırma aparılır, mövcud vəziyyət nəzarət saxlanılır", - deyə şirkətdən bildiriblər.

Xəbər lenti

Xəbər lenti