...

Azərbaycanda gips və anhidrit istehsalı iki dəfədən çox artıb

İqtisadiyyat Materials 3 Mart 2025 11:37 (UTC +04:00)
Azərbaycanda gips və anhidrit istehsalı iki dəfədən çox artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar ayında Azərbaycanda 51,1 min ton gips və anhidrit istehsal edilib.

Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata əsasən, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə, 29,2 min ton və ya 2,3 dəfə çoxdur.

2024-cü ilin yanvar ayında ölkədə 21,9 min ton gips və anhidrit istehsal olunmuşdu.

Bu ilin fevralın 1-i vəziyyətinə ölkədə hazır məhsul ehtiyatı 52,6 min ton təşkil edib.

Qeyd edək ki, 2025-ci ilin yanvar ayında Azərbaycanda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 3,3 milyard manat olmaqla, əvvəlki ilin müvafiq ayına nisbətən 5% faiz azalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti