Bakı. Trend:
Azərbaycan Ordusunun baş leytenantı Hüseyn Nəcəfzadənin həyat və döyüş yoluna həsr olunmuş yeni əsər yazılır.
Əsər 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Suqovuşanın azad edilməsi uğrunda gedən ağır döyüşlərdə qəhrəmanlıq göstərmiş leytenant Hüseyn Nəcəfzadənin həyatından bəhs edir. Müharibənin çətinlikləri, ön cəbhədə yaşanan döyüşlər, döyüş yoldaşları və onun inanılmaz sevgi hekayəsi də əsərdə xüsusi yer tutur.
Qeyd edək ki, Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Hüseyn Nəcəfzadə "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.
Əsərin müəllifi gənc yazıçı, "Həqiqətlər" adlı mini ensiklopediyanın müəllifi və Azərbaycanın ilk ensiklopedik portalının yaradıcısı Jalə Orucovadır. PAŞA Qrup əməkdaşıdır.