...

Azərbaycanda tikinti üçün əhəng daşı hasilatı azalıb

İqtisadiyyat Materials 4 Mart 2025 17:27 (UTC +04:00)
Azərbaycanda tikinti üçün əhəng daşı hasilatı azalıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar ayında Azərbaycanda 33 min ton inşaat üçün əhəng daşı istehsal edilib.

Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 21,6 min ton və ya 39,6% azdır.

2024-cü ilin yanvar ayında ölkədə 54,6 min ton tikinti üçün əhəng daşı istehsal edilmişdi.

Qeyd edək ki, bu ilin yanvar ayında Azərbaycanda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 3,3 milyard manat olmaqla, əvvəlki ilin müvafiq ayına nisbətən 5% faiz azalıb.

Sahənin əsas məhsulu olan əmtəəlik neft hasilatı 2,3 milyon ton, əmtəəlik təbii qaz hasilatı isə 3,1 milyard kub metr təşkil edib.

Əmtəəlik neft hasilatı əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 6,6%, əmtəəlik qaz hasilatı isə 4,8% azalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti