Bakı. Trend:
Cari ilin yanvar ayında Azərbaycana 9,6 milyon ABŞ dolları dəyərində tütün və tütünün sənaye əvəzediciləri gətirilib.
Trend-in Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, tütün idxalı ötən ilin eyni dövrü ilə müqayisədə 1,3 milyon ABŞ dolları, yaxud da 16% çoxdur. Belə ki, ötən ilin ilk ayında Azərbaycana idxal olunan tütün və tütünün sənaye əvəzedicilərinin dəyəri 8,3 milyon ABŞ dolları idi.
Bununla yanaşı, ötən ay Azərbaycandan xaricə 1,6 milyon ABŞ dolları dəyərində tütün və tütünün sənaye əvəzediciləri ixrac edilib ki, bu da, illik müqayisədə 1 milyon ABŞ dolları və ya 40,8% azdır. 2024-cü ilin yanvarında Azərbaycandan ixrac olunan tütün və tütünün sənaye əvəzedicilərinin dəyəri 2,6 milyon ABŞ dolları olub.
Hesablamalardan məlum olur ki, yanvarda Azərbaycanın tütün idxalı ixracını 8,1 milyon ABŞ dolları və ya 6,2 dəfə üstələyib.
Qeyd edək ki, bu ilin yanvar ayında Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 5,9 milyard ABŞ dolları təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 milyard ABŞ dolları və ya 70,5% çoxdur.
Ötən ay ticarət dövriyyəsinin 3,4 milyard dolları ixracın, 2,5 milyard dolları isə idxalın payın düşüb ki, bunlar da, illik müqayisədə müvafiq olaraq 1,2 milyard dollar və ya 64,8% və 910 milyon dollar və ya 79,7% çoxdur.
Hesabat dövründə xarici ticarətdə 986 milyon dollarlıq müsbət saldo yaranıb ki, bu da, illik müqayisədə 285 milyon dollar və ya 40,7% çoxdur.