...

Azərbaycan ən çox xam neft və neft məhsullarını bu ölkələrə satıb – SİYAHI

İqtisadiyyat Materials 17 Mart 2025 11:37 (UTC +04:00)
Azərbaycan ən çox xam neft və neft məhsullarını bu ölkələrə satıb – SİYAHI
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-fevral aylarında Azərbaycan 2,7 milyard ABŞ dolları dəyərində 4,8 milyon ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib.

Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu dövrdə Azərbaycandan ən çox bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları alan ölkə İtaliya olub. Belə ki, İtaliyaya satılan neftin miqdarı 2,4 milyon ton, dəyəri isə 1,36 milyard ABŞ dolları olub.

Siyahıda ikinci yerdə 500 min ton neft alışı ilə Almaniya dayanıb. Bu ölkəyə ixrac edilən neftdən əldə olunan gəlir 276 milyon ABŞ dolları olub.

Digər ən çox neft alan ölkələrin arasında 410 min ton neft alışı ilə Çexiya qərarlaşıb. Çexiyaya satılan neftdən əldə olunan gəlir 224 milyon ABŞ dolları təşkil edib.

Cari ilin yanvar-fevral ayıları ərzində xam neftin ixrac olunduğu ölkələrin siyahısını təqdim edirik:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti