...

Azərbaycanda metal filizlərinin hasilatı 3,3 dəfə artıb

İqtisadiyyat Materials 18 Mart 2025 06:00 (UTC +04:00)
Azərbaycanda metal filizlərinin hasilatı 3,3 dəfə artıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 81,7 milyon manatlıq metal filizləri hasil edilib.

Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, metal filizlərin hasilatı ötən ilin eyni dövrü ilə müqayisədə 57,2 milyon manat, yaxud da 3,3 dəfə artıb.

Belə ki, 2024-cü ilin ilk iki ayında Azərbaycanda 24,5 milyon manatlıq metal filizləri hasil olunub.

Qeyd edək ki, ötən il ərzində Azərbaycanda 382,4 milyon manatlıq metal filizləri hasil edilib ki, bu da, illik müqayisədə 46,9 milyon manat və ya 14% azdır. Belə ki, 2023-cü ildə bu sahədə 335,5 milyon manatlıq hasilat olub.

Xatırladaq ki, cari ilin ilk iki ayında Azərbaycanda mədənçıxarma sənayesində 6,5 milyard manatlıq məhsul istehsal edilib ki, bu da, illik müqayisədə 3,5% azalma deməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti