...

Naxçıvanda ətraf mühitin mühafizəsi üzrə dövlət fonduna ötən ay 70 min manata yaxın vəsait daxil olub

İqtisadiyyat Materials 17 Mart 2025 18:01 (UTC +04:00)
Naxçıvanda ətraf mühitin mühafizəsi üzrə dövlət fonduna ötən ay 70 min manata yaxın vəsait daxil olub
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və tabeli qurumlarına dövlət büdcəsindən 2025-ci il üzrə 6.4 milyon manat vəsait ayrılıb və bu ilin yanvar-fevral ayları ərzində 791.1 min manat vəsait xərclənib.

Trend xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri Xanlar Mustafayev 2024-cü ilin yekunlar və gələcək perspektivlər barədə bu gün keçirilən mətbuat konfransında məlumat verib.

O bildirib ki, nazirliyin büdcədənkənar fonduna 290.2 min manat vəsait daxil olub, 269.1 min manat vəsait isə xərclənib: “Ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan istifadə üzrə dövlət fonduna 1 milyon manat vəsait daxil olmuş, 627.3 min manat vəsait isə xərclənmişdir. Ümumilikdə, nazirliyin büdcədənkənar vəsait hesabına 1.3 milyon manat vəsait daxil olmuş, 693.8 min manat vəsait isə xərclənmişdir.

Ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan istifadə üzrə dövlət fonduna 2025-ci ilin fevral ayı ərzində 69.6 min manat vəsait daxil olmuş, vəsait xərclənməmişdir. Ümumilikdə, nazirliyin büdcədənkənar vəsaiti hesabına 110.8 min manat vəsait daxil olub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qurumu olan “Yaşıllaşdırma və Landşaft Quruluşu” MMC-nin hesabına yaşıllıqların köçürülməsi ilə əlaqədar 3 min manat vəsait daxil olmuşdur.

Geologiya və Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi PHŞ-nin fiziki və hüquqi şəxslərə göstərdiyi xidmətə görə 32,4 min manat vəsait daxil olmuşdur.

Digər istiqamətlər üzrə formalaşmış gəlir və xərclərə dair vəsait daxil olmamışdır”, - deyə nazir qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti