...

Azərbaycanda tütün istehsalı 64%-dən çox azalıb

İqtisadiyyat Materials 20 Mart 2025 11:37 (UTC +04:00)
Azərbaycanda tütün istehsalı 64%-dən çox azalıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 301,7 ton tütün istehsal edilib.

Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu, 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə 544,3 ton və ya 64,3% azdır.

Bu ilin martın 1-nə hazır məhsul ehtiyatı isə 768,2 ton təşkil edib.

Eyni zamanda, hesabat dövründə ölkədə 2 milyard ədəd siqaret və siqarlar istehsal olunub ki, bu da 2024-cü ilin yanvar-fevral aylarındakı göstəriciyə nisbətən 654,9 milyon ədəd və ya 24,4% azalma deməkdir.

Qeyd edək ki, 2025-ci ilin yanvar-fevral aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 9,2 milyard manatlıq, o cümlədən, 5,1 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 4,2 milyard manatlıq qeyri-ərzaq malları satılıb. 2024-cü ilin yanvar-fevral ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,8%, o cümlədən, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,8%, qeyri-ərzaq malları üzrə 6,2% artıb.

2025-ci ilin yanvar-fevral aylarında istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 54,8%-i ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 15,1%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,7%-i avtomobil benzini və dizel yanacağının, 4,6%-i elektrik malları və mebellərin, 2,5%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,3%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16%-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti